Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.
Ordu İdman Klubunun heyətində yarışa qatılan yığmamızın üzvlərindən Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.
Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc mükafata yiyələniblər.
L.QURBANOVA
XQ