Savat üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən “World Open Savate” turnirində uğurla çıxış edib.
Azərbaycan Savat Federasiyasından verilən məlumata görə, kadetlər arasında təşkil olunan yarışda Ağamirzə Mahmudbəyli (30 kq) qızıl, Üzeyir Məsimov (36 kq) bürünc medal qazanıblar. Beyrək Bağırov (80 kq) və Sənan Babazadə (+85 kq) isə gümüş mükafata layiq görülüblər.
L.AZAD
XQ