Avropa çempionatında daha 2 medal

post-img

Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında komandamız daha 2 medal qazanıb.

Yarışda təmsilçilərimiz Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar. Bununla da komandamızın qazandığı medalların sayı 4-ə çatıb. Bundan əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində, ümumilikdə, 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

L.AZAD
XQ

İdman