Azərbaycan parataekvondo komandasının üzvü İmaməddin Xəlilov Çinin Taiyan şəhərində keçirilən “Prezident Kuboku”nda gümüş medal qazanıb.
70 kiloqram çəki dərəcəsində çıxış edən paralimpiya çempionu zədə səbəbindən final görüşünə çıxmayıb.
Daha əvvəl Sabir Zeynalov (58 kiloqram) həmin yarışda üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycanın 4 idmançı ilə təmsil olunduğu yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
L.AZAD
XQ