4 klub cərimələnib

post-img

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının XXXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Naxçıvan təmsilçisini daha 800 manat ziyana salıb. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə etdiyinə görə isə qonaqlar 1500 manat cərimə ödəyəcək.

Bundan başqa, “Kəpəz”lə ev matçının 85-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib. Gəncə təmsilçisinin ehtiyat skamyaya vurduğu zərər qonaq komanda tərəfindən ödəniləcək. 

L.QURBANOVA 
XQ

 

İdman