Azərbaycan üzgüçüləri Çexiyada Dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisində uğurla çıxış edərək 2-si qızıl, 8-i gümüş, 7-si bürünc olmaqla 17 medal qazanıblar.
Təmsilçimiz Ramil Vəlizadə və Süleyman İsmayılzadə hərəyə 1 qızıl, 2 gümüş medal qazanıblar. Əbdürrəhman Rüstəmov və Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc mükafat əldə ediblər. Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov isə 2 bürünc medala sahib olublar.
Qeyd edək ki, turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib.
L.QURBANOVA
XQ