Bakıda təşkil olunacaq minifutbol üzrə Dünya çempionatının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Mundialda 14 ölkədən hakim iştirak edəcək. Onların arasında Azərbaycan təmsilçisi Rza Məmmədov da var. Dünya çempionatında oyunları idarə edəcək hakimlər bunlardır: Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).
Qeyd edək ki, Dünya çempionatı bu il mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.
L.QURBANOVA
XQ