Komandamız 39 medalla uğur marafonunu davam etdirir
Serbiyada 15 yaşadək (-15) idmançılar arasında keçirilən Gimnaziada İdman yunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. Yarışın 2-ci gününün nəticələrinə görə, yığmamız qızıl medalların sayını -ə çatdırıb. Sərbəst güləş yığmamızın yarışın 1-ci günündə qazandığı 2 “qızıl”a, turnirin 2-ci günündə yunan-Roma güləşçilərimiz daha “qızıl mükafat” əlavə ediblər.
Digər 3 qızıl medalı isə parabadminton və qılıncoynatma komandalarımız qazanıblar. Bütün rəqiblərinə qalib gələn şpaqaçımız Mirnuray Abasova finalda çinli u Şiyindən də üstün olduğunu nümayiş etdirərərək 1-ci yeri tutub. Parabadminton yarışında isə Zəhra Salmanlı və Əli Məhərrəmov fəxri kürsünün ilk pilləsinə yüksələrək qalib adını qazanıblar. Parabadminton komandamız qızıl mükafatın davamını dünən – yarışın 3-cü günündə əldə edib. Bu dəfə Ayan Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin məşqçisi Teymur Abbaso XQ-yə açlamasnda əldə edilən yüksək uğur üçün böyük səy göstərdiklərini bildirdi:
– Gimnaziadaya ciddi şəkildə hazırlaşmışdıq. Yarış ərəfəsində Şamaxı Olimpiya İdman Kompleksində 10 günlük təlim-məşq keçdik. İdmançılarımız gözəl formadadırlar. Aprelin 7-də 2 idmançımız qızıl medal qazanmışdı. Aprelin 8-də qızıl medalların sayını 3-ə çatdırdıq. Bir idmançımız bürünc medala layiq görüldü.
Parabadminton yığmasını komanda yarışları gözləyir. Məşqçi yaxşı nəticəyə ümid etdiklərini dedi:
– Komanda yarışlarında da 1-ci yerə iddia edirik. Fərdi yarışlarda məğlub etdiyimiz rəqiblərlə qarşılaşacağıq. Düşünürəm ki, nəticə yaxşı olacaq.
Oyunların 2-ci günündə komandamızın hesabına gümüş və bürünc medal yazdıran paraüzgüçülərimizin əldə etdikləri nailiyyətləri də xüsusi vurğulamaq olar. Yığmanın məşqçisi Faiq Əsgərov bu yarışın mükafat əldə edən hər iki idmançının ilk beynəlxalq turniri olduğunu dedi:
-Gümüş medal qazanan Murad Məmmədovun 14 yaşı var. S9 kateqoriyasında 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 2-ci nəticəni göstərdi. Bu, onun ilk beynəlxalq yarışı idi. 6 ay ərzində onu yarışa hazırlamışıq. Perspektivli idmançıdır. Öz üzərində çalışır. Rəsul Süleymanov tam görmə məhdudiyyətlidir. Bu, onun da iştirak etdiyi ilk beynəlxalq turnirdir. Ondan da gözləntilərimiz çoxdur. Komanda, ümumilikdə, gimnaziadaya yaxşı hazırlaşıb. Yığmanın çıxışı davam edir.
Dünən komandamız, ümumilikdə, 11 növdə iştirakını davam etdirib. Təmsilçilərimiz qadın güləşi, qılıncoynatma, parabadminton, şahmat, 3x3 basketbol, üzgüçülük, paraüzgüçülük, taekvondo, stolüstü tennis, atletika və kamandan oxatmada qüvvələrini sınayıblar.
Azərbaycan sablyaçısı Cahan Sadıxova bürünc medal qazanıb. Qız güləşçilərimiz gimnaziadada 1 qızıl, 3 gümüş və 2 bürünc, taekvondoçularımız isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Bununla da, Azərbaycan millisinin hesabındakı medal sayı 39-a yüksəlib.
Xatırladaq ki, aprelin 12-dək davam edəcək və 56 ölkədən 2 min 742 idmançının mübarizə apardığı yarışda Azərbaycan 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunur.
Leyla QURBANOVA
XQ