Serbiyanın Luçani şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Elman İsmayılov qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan komandası Gimnaziadada qılıncoynatmanın sablya növündə bir bürünc medal əldə edib.