Şahmatçımız liderlər qrupunda

post-img

Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir. 

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarışda 3 turdan sonra şahmatçımız Misrətdin İskəndərov liderlər qrupunda yer alır. Azərbaycanlı qrosmeyster növbəti turda Daniil Yuffa (İspaniya) ilə qarşılaşacaq. Digər şahmatçılarımız Məhəmməd Muradlı, Read Səmədov və Əhməd Əhmədzadə liderlərdən yarım xal geri qalırlar.

Qitə çempionatında 40 ölkədən 376 şahmatçı iştirak edir.

İdman