Belçikadan 11 taekvondo mükafatı gətirilib

post-img

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə 11 medal qazanıblar.

Mükafatlardan 6-sı qızıl, 1-i gümüş, 4-ü isə bürünc medal olub. Mədinə Aslanlı (29 kq), Eda Eren (55 kq), Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Yusif Nağızadə (57 kq) 2-ci yeri tutub. Fidan Muxtarzadə (29 kq), Aysu Aslanlı (41 kq), Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) isə bürünc medal qazanıblar.

L.AZAD
XQ

 

İdman