Komandamız yarışda 1 qızıl medal qazanıb
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.
Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində halqalarla hərəkətlərdə Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.
L.AZAD
XQ