Niderlandda 16 medal

post-img

Azərbaycanın yeniyetmə taekvondoçuları Eyndhoven şəhərində keçirilən 52-ci Niderland açıq çempionatının 2-ci günündə 5-i qızıl, 5-i gümüş, 6-sı isə bürünc olmaqla 16 medal qazanıblar.

Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) ikinci, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) isə 3-cü yeri tutublar. 

L.AZAD
XQ

İdman