4 boksçumuz Rumıniya finalında

post-img

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.

Yarımfinalda uğurla çıxış edən Azərbaycan millisinin 4 idmançısı finala yüksəlib. Həlledici mərhələdə Hikmət Məmmədov (48 kq) Ruslan Budniçenko (Ukrayna), Zidan Hümbətov Ukraynanın digər təmsilçisi Oleksandr Paşiçenko (Ukrayna) ilə görüşəcəklər. Sübhan Babayev (57 kq) rumıniyalı Stefan Udroiu, Məhəmməd Cəfərov (+92 kq) isə bu ölkənin digər təmsilçisi Denis Cucu (Rumıniya) ilə döyüşəcək.

Digər boksçularımızdan Baqir Əmirxanlı (60 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüsenli (92 kq) finala yüksələ bilmədiklərindən bürünc medalla kifayətləniblər. 

Qeyd edək ki, yarışa fevralın 23-də yekun vurulacaq. 

Leyla QURBANOVA
XQ

 

İdman