Brüsseldə Özbəkistan - Aİ əməkdaşlığı müzakirə edilib

post-img

Belçikanın paytaxtı Brüsseldə Özbəkistan və Aİ arasında son illər əməkdaşlığın dinamikası müzakirə olunub. Məlumatı “Anadolu” verib. 

Özbəkistan prezidentinin xarici siyasət üzrə xüsusi nümayəndəsi Əbdüləziz Kamilovun başçılıq etdiyi nümayəndə heyəti Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kabinetinin rəhbəri Viviane Lunela ilə görüş keçirib.

“Görüşdə son illərdə Özbəkistan və Aİ arasında əməkdaşlığın dinamikası, həmçinin Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında çoxşaxəli əlaqələrin inkişafı və dərinləşdirilməsi üzrə birgə addımlar müzakirə edilib”, - nəşr yazır.

Lunela Avropa diplomatiyasının rəhbəri Kaya Kallas adından aprelin 3-4-də Səmərqənddə “Mərkəzi Asiya – Avropa İttifaqı” formatında tarixdə ilk rəsmi sammitin keçirilməsi təşəbbüsünə görə Özbəkistana minnətdarlığını bildirib.

Qeyd olunub ki, Aİ rəhbərliyi və Aİ-nin bütün 27 üzv dövləti iki region arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə açıq siyasi dialoqun və qarşılıqlı faydalı praktiki tərəfdaşlığın gücləndirilməsinə töhfə verməli olan bu tarixi sammitin təşkilini yekdilliklə dəstəkləyib.

P.ƏMİRCANOV
XQ

İdman