Azərbaycan Premyer Liqasında növbəti mövsümün formatı təsdiq edilib

post-img

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin iclasında növbəti çempionatın 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olmasına qərar verilib.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

İdman