Şotlandiyanın Aberdin Universitetində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Avropada yeni təsis edilmiş “BA Mədəniyyət Mərkəzinin” dəstəyi ilə dünya şahmat tarixinə iz qoymuş unudulmaz Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçiriib.
“Aberdin bridge” Şahmat Klubunda təşkil edilən yarış müxtəlif ölkə vəxalqları təmsil edən və həvəskarları əhatə edib. Rəqabətli və maraqlı qarşılaşmaların yaşandığı turnirdə I yeri Şotlandiyada böyümüş azərbaycanlı Nihad Abdullazadə, II yeri azərbaycanlı tələbə Şahin Quliyev və III yeri ev sahibi olan Klubun üzvü Lukas Alvares qazanıblar.
Turnir Nigeriyadakı lobbiçilik fəaliyyətini Avropada davam edən Billurə Bernardın təsis etdiyi mərkəzin maliyyə dəstəyi ilə təşkil olunub. Yarış barədə XQ-yə məlumat verən Billurə xanım Azərbaycanın tanıdılması ilə bağlı layihələri davam etdirəcəyini bildirib.
Z.BƏŞİRQIZI
XQ