Bakıda cüdo üzrə nüfuzlu “Böyük dəbilqə” turniri keçirilir. Dünən start götürən yarışın ilk günündə komandamızın üzvlərindən Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yer uğrunda mübarizə aparıblar.
B.Ağayev almaniyalı Heydər Maksimiliana uduzduğundan medalsız qalıb. Ə.Yusifov ukraynalı Dilşot Xalmatovu, E.Əsədov isə özbəkistanlı Azizbek Ortikovu məğlub edərək bürünc medal qazanıblar.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.
Leyla QURBANOVA
XQ