Stolüstü tennisçilərimiz Türkiyə finalında

post-img

Türkiyədə stolüstü tennis üzrə keçirilən “WTT Youth Contender” turnirində finalçılar müəyyənləşib.

U 15 kateqoriyasında Azərbaycan idmançıları – Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışda həlledici görüşdə iştirak hüququ qazanıblar. Bununla da, özləri üçün minimum gümüş mükafatı təmin ediblər.

Quluzadə – Məmmədli tandemi bu gün keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT YouthStar Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülüblər.

Leyla QURBANOVA
XQ

İdman