Azərbaycan şahmatının bürüncü bəlli olub

post-img

Şahmat üzrə Azərbaycan çempionatında bürünc mükafatçı müəyyənləşib.

Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı Azərbaycan çempionatında 3-cü yer uğrunda mübarizəni davam etdirmədiyi üçün onun rəqibi Misrətdin İsgəndərov qalib elan edilib.

Dünən final mərhələsinin ilk oyunları keçirilib. Şəhriyar Məmmədyarov Rauf Məmmədovla heç-heçə edib, Günay Məmmədzadə isə Gövhər Beydullayevaya qalib gəlib. 3-cü yer uğrunda qadınların yarışında isə Ülviyyə Fətəliyeva ilk qarşılaşmada Gülnar Məmmədovanı məğlub edib. Cavab görüşləri bu gün keçiriləcək.

Leyla QURBANOVA
XQ

 

İdman