Avropa tennisində bürünc medal

post-img

Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində fəxri kürsüyə qalxıblar.

Təmsilçilərimizdən Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə bürünc medala layiq görülüblər.

Onlar yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılıblar.

L.QURBANOVA
XQ

İdman