Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2025–2028-ci illər üçün beynəlxalq hakimlik kursları keçirilib.
Gimnastika Federasiyasından verilən məlumata görə, kurslarda Azərbaycanın kişi idman gimnastikası üzrə hakimləri Zəkəriyyə Muradlı və Eldar Səfərov iştirak ediblər.
Onlar kurs üzrə yekun imtahanla müxtəlif kateqoriyaya sahib olublar. Belə ki, Z.Muradlı 3-cü, E.Səfərov isə 4-cü kateqoriyaya layiq görülüb.
L.QURBANOVA
XQ