Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Anna Sofia Obrien İtaliyada keçirilən “Egna Dance Trophy” adlı yarışda uğurla çıxış edib.
Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, ritm və sərbəst proqram üzrə ölkəmizi təmsil edən idmançımız 129.35 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda 15 ölkədən, ümumilikdə, 18 idmançı mübarizə aparıb.
L.QURBANOVA
XQ