Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva Qazaxıstanda uğurla çıxış edib.
ASED AFC-ni və “Simral” klubunu təmsil edən 18 yaşlı idmançı “Octagon-69”-da yerli idmançı Rusalina Mulikova ilə üz-üzə gəlib. 52,2 kiloqram çəkidə keçirilən görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.
İdmançımız “Xalq qəzeti”nə açıqlamasında növbəti döyüşünü Gürcüstanda keçirəcəyini dedi: “Fevralın 15-də Gürcüstanda GFC turnirində döyüşəcəyəm. Rəqibim yerli idmançı Mariam Nanava olacaq. Onu məğlub etmək üçün öz üzərimdə səylə çalışıram”.
L.AZAD
XQ