Sərbəst güləşçilərimiz ilin ilk beynəlxalq yarışında qatılacaqlar

post-img

Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcəklər.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kiloqram) ölkəmizi təmsil edəcəklər.

Yanvarın 23-dən 26-dək davam edəcək Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

L.QURBANOVA 

XQ

 

İdman