“Abşeron” heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan bildirilib ki, komanda 21 yaşlı Məhəmməd Sadıkovla mövsümün sonuna qədər müqavilə imzalayıb. Oyunçu son iki mövsümdə "Şəki"nin heyətində çıxış edib.
Qeyd edək ki, M.Sadıkov aşağı yaş qrupları üzrə milli komandaların da heyətində forma geyinib.