Azərbaycan Basketbol Liqasında ikinci dövrə yekunlaşıb.
X turda "Sərhədçi" 78:64 hesabı ilə A qrupunun son pilləsində qərarlaşmış NTD üzərində qələbə qazanıb. B qrupunda "Şəki" "Lənkəran"a 111:82, "Ordu" isə 81:74 hesabı ilə "Quba"ya qalib gəlib.
Turun bağlanış oyununda B qrupunun lideri "Gəncə" "Sumqayıt"dan güclü olub - 98:79.
Geridə qalmış iki dövrədən sonra A qrupuna "Sabah", B qrupuna isə "Gəncə"dən bir oyun artıq keçirmiş "Ordu" rəhbərlik edir.