III minifutbol turniri

post-img

Dövlət qurumları arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turnirinin açılış mərasimi keçirilib.

Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək, Ulu öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev turnir iştirakçılarına uğurlar arzulayaraq, bundan əvvəlki yarışların çox böyük marağa səbəb olduğunu bildirib. Gənclər və İdman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib.

Daha sonra turnir açıq elan olunub. Yarışda Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin komandaları iştirak edib.

Qeyd edək ki, turnirdə 39 komanda iştirak edir.

S.FİDAN
XQ

İdman