Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq.
Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 , gündüz 65-70 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12°, gündüz 2-7° şaxta olacaq.
Q.QASIMOV
XQ