Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil meneceri Orxan Oruczadə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Elit İdmanda Mental Sağlamlıq ixtisası üzrə təhsilini uğurla başa vuraraq diplomla təltif olunub.
ACF-dən AZƏRTAC-a verilən məlumata görə, diplom İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində keçirilən məzuniyyət mərasimində təqdim edilib. Bu təhsil proqramı yüksək səviyyəli idmançılara mental sağlamlıq sahəsində vacib bilik və bacarıqlar qazandırır, bu sahənin aparıcı mütəxəssisləri tərəfindən 10 ay ərzində tədris edilir.
Qeyd edək ki, O.Oruczadənin bu proqramda iştirakı Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilib.