Azərbaycan millisinin 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) yarımfinal görüşündən qalib ayrılıblar.
Millinin digər boksçularından Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq), Aynur Mikayılova (57 kq) bürünc medala yiyələniblər.
Leyla QURBANOVA
XQ