Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialında blits yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar 14 tur ərzində maksimum xal toplamağa çalışacaqlar. Yekunda rapid və blits yarışlarının nəticəsinə əsasən qalib müəyyənləşəcək.
Rapid yarışlarından sonra rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir. 9 xalı olan Şəhriyar Məmmədyarov isə ikincidir.
Qeyd edək ki, xatirə turniri Azərbaycan Şahmat Federasiyasının, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 10-cu dəfə təşkil olunur.