Belarusda 5 boks medalı

post-img

Belarusun Jabinka şəhərində keçirilən yeniyet­mə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 

Azərbaycan millisi yarışı 5 medalla başa vurublar. Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yük­sək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kq) Haqverdi Həsə­nov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

L.SABİRQIZI
XQ

İdman