NASA kosmik agentliyi Yer kürəsində həyatı məhv edə biləcək asteroidlərin siyahısını dərc edib. Mütəxəssislərin fikrincə, sonuncu böyük asteroid 66 milyon il əvvəl Yerlə toqquşub və bu, böyük ehtimalla dinozavrların yox olmasına səbəb olub.
Ekspertlər kosmosda potensial təhlükələrə qarşı davamlı monitorinq aparırlar. Bununla belə, adları çəkilən asteroidlərin əksəriyyəti üçün Yerlə toqquşma ehtimalı sıfır olaraq qiymətləndirilir. Buna baxmayaraq, belə bir siyahı tərtib olunur. Böyük bir asteroidin yaxınlaşması zamanı, məsələn, onun trayektoriyasını dəyişdirmək üçün onu vuraraq, əvvəlcədən planlaşdırmaq üçün səylər göstərilir. NASA-nın müşahidə etdiyi ən təhlükəli asteroidlərdən bəziləri aşağıdakılardır.
Bennu hazırda ən təhlükəli asteroid hesab olunur, çünki o, Yerə ən böyük zərbə riski yaradır. Düzdür, bu zərbə 150 ildən tez baş verə bilməz. Hazırda 24 sentyabr 2182-ci ildə Bennunun Yerlə toqquşması ehtimalı 2700-də 1 nisbətindədir.
Hörmətli oxuculara isə demək istəyirik, inşallah, hər şey yaxşı olar! Axı bütün göy cisimlərindən yuxarıda hər şeyə nəzarət edən Böyük Yaradan var!
Anar ƏLİ
XQ