Güləşçilərimiz daha  2 medal qazandılar

post-img

Qazaxıstanın Atırau şəhərində keçirilən Oil Capital Cup turnirinə yekun vurulub.

Kənan Heybətov (70 kq) 18 finalda qazaxıstanlı assulan Raximcanova (10:0), 14 finalda isə ukraynalı Vasil Şuptara (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda dünya ikincisi Ernazar Akmataliyevlə qarşılaşan həmyerlimiz qırğızıstanlı rəqibini :4 hesabıyla üstələyib. Finalda tacikistanlı Mustafa Axmedova heç bir şans verməyən (7:0) Kənan çempion olub.

79 kiloqram çəkidə mübarizə dairəvi sistem üzrə keçirilib. Əşrəf Aşırov rusiyalı dünya çempionu Axmed Usmanova (0:5) məğlub olsa da, digər görüşlərdə qələbə qazanıb. Aşırov qazaxıstanlı Mirzabek Nurlibekovla (tuş) ukraynalı Valentin Babiy ( :0) üzərində inamlı qələbə qazanıb. Ermənistanlı Aren İsraelyan isə xalçaya çıxmayıb. Əşrəf gümüş medalı boynundan asıb.

Beləliklə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında çıxış edən komandamız 1 dəst medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl Musa Ağayev ( 5 kq) üçüncü yeri tutub.

Leyla QURBANOVA

XQ

İdman