AFFA 3 klubu cərimələyib

post-img

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Araz–Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi olan klub 800 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb

L.AZAD
XQ

 

İdman