Şahmat Olimpiadası: Kişilər növbəti dəfə qalib gəliblər

post-img

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb. 

Ölkəmizin kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib: 3-1. Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb. 

Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda, Ülviyyə Fətəliyeva məğlub olub.

XQ

 

İdman