Soğanın özü kimi qabığı da, ondan hazırlanan çay da insan orqanizmi üçün xeyirlidir. Mütəxəssislər bununla bağlı bildirirlər ki, soğan qabığından hazırlanmış çay immuniteti gücləndirir, həzmi normallaşdırır, artıq yağları əridir.
Bundan başqa, soğan qabığından hazırlanmış çaydan xərçəng xəstəliyinin də müalicəsində istifadə edilir. Həmin çay, eyni zamanda, astma xəstəliyində qəbul edildikdə boğulmaların sayını və müddətini azaldır, maddələr mübadiləsini sürətləndirir.
Kardioloqlar onun infarkt riskini azaltdığını bildirirlər. Çay, həm də soyuqdəymə zamanı təsirlidir. Soğan çayını hazırlamaq üçün soğanın qabıqları ayrılır və bir kasanın içinə qoyulur. Sonra onun üzərinə 200 millilitr qaynadılmış isti su əlavə edilir. Kasanın üstü örtülür. 15 dəqiqədən sonra dəmləməni içmək olar. Bu qabıqları qara və yaşıl çay ilə birlikdə də dəmləmək olar.
Mütəxəssislər soğan çayının təsirini artırmaq üçün onu hər səhər yeməkdən yarım saat öncə içməyi tövsiyə edirlər.
Z.HÜSEYNLİ
XQ