Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “XQ”yə verilən məlumata görə, təmsilçimiz Şəhanə Alməmmədova (75 kq) alış güləşi yarışında bürünc medal alıb. Bundan əvvəl qazaq güləşi yarışlarında Eyvaz Baxşıyev (65 kq) gümüş, Elşən Dünyamalıyev (55 kq) və Ülviyyə Bayramova (52 kq) isə bürünc mükafata sahib çıxıblar.
Sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.
L.AZAD
XQ