Paralimpiyaçıların fəxri ehtiramı

post-img

“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül və əklil qoyublar.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə­də canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xa­tirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, Paris Paralimpiadasında Azərbaycan 11 medal qazanıb. 

L.AZAD
XQ

İdman