Karateçimiz Avropa qalibidir

post-img

Rumıniyada keçirilən Avropa çempionatında karateçimiz uğurla çıxış edib. 

Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında keçirilən yarış­da təmsilçimiz Aygün Əsədli 61 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 

Qitə miqyaslı turnirdə Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate və “KVU-VFKF bir­liyi”nin üzvləri iştirak ediblər.

L.AZAD
XQ

İdman