Azərbaycan yığması Slovakiyaya məğlub olub

post-img

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Slovakiyanın qonağı olub. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Slovakiya komandasının qollarını 22-ci dəqiqədə Ondrey Duda və 26-cı dəqiqədə David Strelets vurublar.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə doğma meydanda İsveç seçməsinə məğlub olub - 1:3.

İdman