Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında triatlon yarışı təxirə salınıb.
Sentyabrın 1-də keçirilməli olan yarış Sena çayında suyun aşağı keyfiyyətinə görə baş tutmayıb. “World Triathlon”un yaydığı məlumata görə, sentyabrın 2-nə qədər suyun keyfiyyəti normalara cavab verərsə, yarışın reallaşması mümkün ola bilər.
Xatırladaq ki, Paris Olimpiadasında da Sena çayında keçirilməli olan triatlon yarışları suyun çirkli olması səbəbindən təxirə salınmışdı.
L.AZAD
XQ