Şəhriyar 17-ci, Teymur 31-cidir

post-img

Beynəlxalq Şahmat Federasiyasının sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb. Azərbaycan təmsilçilə­rindən 2 pillə irəliləyən Teymur Rəcəbov (2700) 31-cidir. Şəhriyar Məmmədyarovun (2733 xal) isə mövqeyi dəyiş­məyib. O, hazırda 17-ci pillədədir. 

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçıları Hikaru Nakamura (2802) 2-ci, Fabiano Karuana (2798) 3-cü yeri tuturlar. 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2433) 2 pillə geriləyib, 33-cü sırada qərarlaşıb. Gövhər Beydullayeva (2395) 53-cü, Xanım Balacayeva (2384) 62-ci, Ülviyyə Fətəli­yeva (2369) isə 68-ci yerdədir. Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2563), üçüncü sıra­da Tan Zonqyi (Çin, 2551) yer alıb.

L.AZAD
XQ

İdman