“Qarabağ”ın Avropa oyunlarının təqvimi

post-img

UEFA Avropa Liqasında Liqa mərhələsinin təqvi­mi açıqlanıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da oyunlarının vaxtı müəyyənləşib. 

Ağdam klubu əsas mərhələyə sentyabrın 26-da İngiltərədə “Tottenhem”ə qarşı oyunla start verəcək. Oktyabrın 3-də “Mal­mö” (İsveç), 24-də “Ayaks”la (Niderland) oynayacaq. Noyabrın 7-də “Bodo Qlimt” (Norveç), 28-də “Lyon” (Fransa), dekabrın 12-də “Elfsborq”la (İsveç) qarşılaşacaq. Ağdam klubu yanvarın 23-dəki qarşılaşmanı “Styaua”ya (Rumıniya) qarşı keçirəcək. Yanvarın 30-da isə “Olimpiakos”la (Yunanıstan) oynayacaq. 

Qeyd edək ki, bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala ad­layacaq, 9-24-cü pillələri tutanlar isə pley-offda oynayacaqlar.

L.AZAD
XQ

İdman