Perunun paytaxtı Limada yeniyetmə cüdoçularımızın uğurlu çıxışı davam edir.
Yarışın növbəti günündə təmsilçimiz Cəsur İbadlı (73 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu tituluna sahib çıxıb. Digər cüdoçumuz Mehdi Abbasov isə 3-cü yeri tutub.
Qeyd edək ki, bundan əvvəl mundialda tatami ustamız Nihad Məmişov (55 kq) qızıl medal qazanıb. Məhəmmədəli Hüsiyev (50 kq) isə bürünc mükafat alıb.
Leyla QURBANOVA
XQ