“Qarabağ”ın rəqibləri bəlli olub

post-img

UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibləri müəyyənləşib. 

Azərbaycan çempionu turnirin əsas raundunda 8 oyun keçirəcək. Qurban Qurbanovun yetirmələri 4 rəqiblə evdə, 4 komanda ilə səfərdə oynayacaqlar. 

“Qarabağ” “Ayaks” (Niderland), “Lion” (Fransa), “Malmö” (İsveç) və FCSB (Rumıniya) ilə doğma meydanda qarşılaşacaq. Səfər oyunlarını isə təmsilçimiz “Tottenhem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”la (İsveç) keçirəcək.

Liqa mərhələsinə sentyabrda start veriləcək və matçlar gələn ilin yanvarında başa çatacaq. Bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü pilələri tutanlar pley-offda oynayacaqlar. Oyunların təqvimi UEFA tərəfindən qarşıdakı günlərdə müəyyənləşəcək.

L.QURBANOVA
XQ

İdman