“Səhvlərə görə qızıl mükafatı əldən verdim”

post-img

Fransada keçirilən “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov (58 kq) qələbəsini şərh edib. 

O bildirib ki, 19 yaşda belə bir mötəbər yarışda medal qazanıb, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdığı üçün qürur hissi keçirir.  

İdmançı məqsədinin Vətənə çempion olaraq qayıtmaq olduğunu, ancaq səhvlərə görə qızıl mükafatı əldən verdiyini vurğulayıb. Sabir Zeynalov qarşıdakı hədəflərdən də danışıb:

–Qarşıda yeni hədəflər var. Arzum Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles Paralimpiadasında qızıl medal qazanmaqdır. Dəstək və diqqətə görə cənab prezidentimiz İlham Əliyevə, Birinci vitse-preziden Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz təşəkkürümü bildirirəm!

Qeyd edək ki, bu, Paris Paralimpiadasında və parataekvondo tariximizdə qazanılan ilk medaldır. 

L.QURBANOVA
XQ

İdman