“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk oyunun hakimlərinin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Zaqrebdə təşkil olunacaq görüş İsveçdən olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi Qlenn Nyuberqdir. Ona Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
Almaniyalı Bastian Dankert və onun həmyerlisi Yohan Pfeyfer VAR hakimi olacaqlar.
Qeyd edək ki, avqustun 20-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.