Qaşım Maqomedov finalda!

post-img

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib. 

İdmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb. Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

İdman